Baş Prokurorluq da Bəylər Eyyubovun qardaşı oğlu ilə bağlı MƏLUMAT YAYDI: Həbs olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkə iqtisadiyyatına ayrı-ayrı şəxslər tərəfindən zərər vurulması, qaçaqmalçılıq yolu ilə ölkəyə müxtəlif növ məhsulların gətirilməsi, qanunsuz olaraq satışının təşkil edilməsi və digər bu kimi əməllərin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks, sistemli və ardıcıl tədbirlər görülür.
Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmış cinayət işləri üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.
Belə ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postu, "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə istintaq tədbirləri nəticəsində "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elçin Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq:
- 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq),
- 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və
- 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
İş üzrə Ruslan Eyyubov, Rəşad Daşdəmirov, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə, Zaur Haşımov, Fərruz Haqverdiyev, Fariz Məhərrəmov barəsində ibtidai istintaqı orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Firuz Əliyev barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.
Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş "RR Caspi", "Səmayə Co", "Səmayə Logistic" və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
İbtidai istintaqla "RR Caspi" MMC-nin təsisçisi və faktiki rəhbəri Ramin Axundov, həmin MMC-nin gəmi kapitanı Elşən Əhmədov, gəmi mexaniki Elçin Əsgərov, gəmi matrosu Amid Sayılov, MMC-nin işlərini icra edən Samir Qəhrəmanbəyli, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 3-cü Sahil nəzarəti şöbəsinin 14-cü sahil nəzarəti bölməsinin rəisi Vüsal Sadıqov, həmin bölmənin nəzarətçisi Valeh Səmədov, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elgün Nəzərov, Emin Nəzərov, Heıdarı Mohammad Reza Alı oğlu, Amal Əzizov, Əbülfət İsmayılzadə, Şahin Heydərov, Vüqar İsmayılov, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə ümumilikdə 1 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində Xəzər dənizinin sahilində qanunsuz olaraq inşa olunmuş qeydiyyatsız yanalma körpüsündən keçirməklə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Adıçəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq
- 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq),
- 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama),
- 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən və ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
İş üzrə Elşən Əhmədov, Elçin Əsgərov, Amid Sayılov, Samir Qəhrəmanbəyli, Vüsal Sadıqov, Emin Nəzərov, Heıdarı Mohammad Reza Alı oğlu, Şahid Heydərov və Vüqar İsmayılov barəsində ibtidai istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Valeh Səmədov ev dustaqlığı qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qeyd edilən hüquqi şəxslərin fəaliyyəti yoxlanılır, sözgedən cinayətlərin törədilməsində iştirak edən cinayətkar birliyin üzvlərinin edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək - FOTO
-
WUF13 çərçivəsində “Muğamat axşamı” adlı konsert keçirilib - FOTO
-
"Özümə kişilərin olmadığı serial tapacağam"
-
Azərbaycanda bu dövlət qurumu ləğv olundu
-
Kadir İnanır intubasiya olundu
-
“Böyük şəhərlərin kino musiqisi” adlı konsert proqramı təqdim olunub - FOTO
XƏBƏR LENTİ
-
Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək - FOTO
-
WUF13 çərçivəsində “Muğamat axşamı” adlı konsert keçirilib - FOTO
-
"Özümə kişilərin olmadığı serial tapacağam"
-
Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm - Çarukyan
-
1-ci liqanı tərk edən komanda bəlli oldu
-
Azərbaycanda bu dövlət qurumu ləğv olundu
-
Kadir İnanır intubasiya olundu
-
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - FOTO
-
Kaseto şirniyyatı resepti
-
“Böyük şəhərlərin kino musiqisi” adlı konsert proqramı təqdim olunub - FOTO
-
Məşhur aparıcı oğlu ilə FOTOsunu paylaşdı
-
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
-
Mask tarixdə ilk trilyoner ola bilər
-
“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi
-
Bu şəxslərə mənzil kirayəsinə görə hər ay 100 manat veriləcək
-
“Zirə”də ayrılıq vaxtı
-
Mehman Mehdiyev vəzifəsindən getdi
-
İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur
-
Rus ordusu bu ərazini işğal etdi
-
Heyvan kəsimi və satışına nəzarət gücləndirildi
-
11 yaşlı qızı maşın vurdu
-
Ərdoğandan jurnalistin sualına maraqlı CAVAB - VİDEO
-
Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Azərbaycanda leysan və dolu: Bu rayonlara yağış YAĞIR





