Ölkə

Naxçıvanda bəzi qurumlar birləşdirildi

17 Dekabr 2025 19:22
Baxış: 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan bir sıra qurumlar birləşdirilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.

Fərmana əsasən, nazirliyin tabeliyində olan "Naxçıvanpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Naxçıvan Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi" publik hüquqi şəxs birləşdirilməklə onların əsasında nazirliyin tabeliyində "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Qurumların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi isə muxtar respublikanın Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə həvalə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.