Ölkə

İsmayıllının jurnalı çıxacaq - İcra hakimiyyəti 45 min manat ayırdı

1 Oktyabr 2025 18:01
Baxış: 286
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) region jurnalı təsis edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, RİH bununla bağlı İskəndərzadə Boisson Cəmilə Fuad qızı ilə müqavilə bağlayıb.

Müqavilədə İsmayıllı regionu jurnalının yaradılması, çapı və alınması nəzərdə tutulur. Müqaviləyə əsasən, jurnalın yaradılmasına 45 450 manat vəsait sərf olunub. 

Jurnalda region tarixçiləri ilə görüşlər və müsahibələr hazırlanacaq, turizm mütəxəssisləri ilə məsləhətləşmələr və turist üzrə ekspertlərlə əməkdaşlıqlar ediləcək. Regionun turist potensialının öyrənilməsi, regionun görməli yerlərinin məlumat bazasının yaradılması, turistlər üçün əlaqə məlumatlarının toplanması (mehmanxanalar, restoranlar, bələdçilər) və s. həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.