Ölkə

“Qızı maşına sürüyə-sürüyə apardılar” - Qaçırılan 22 yaşlı qızın anası danışdı

12 Sentyabr 2025 09:50
Baxış: 1 849
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zərdabda qaçırılan 22 yaşlı qızın anası danışıb.

Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, ana Dilşad Qafarov bildirib ki, qızını zorla maşına qoyub aparıblar.

"Qızı sürüyə-sürüyə maşına qoydular. Düşmənçiliyi özləri yaradıblar. Oğlan da pisdir. Dava edir, həbsə düşür. Bu yaxınlarda da olub. Qızın bacısını da oğlanın anası şikayət edib saxlatdırıb. Səbəbini bilmirəm".

Qeyd edək ki, hadisə ilə bağlı şübhəli İzzət Rəhmanoğlunun 1996-cı il təvəllüdlü qardaşı İsmət Rəhmanoğlu, onun 1968-ci il təvəllüdlü anası və qızın 1990-cı il təvəllüdlü bacısı saxlanılıb.

Bacının qarşı tərəfə yardım etdiyi müəyyənləşib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.