Ölkə

10 abituriyentin taleyi: 600-dən çox bal topla və kənarda qal... - Ekspert şərh edir

23 Avqust 2025 17:32
Baxış: 792
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu il ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin ixtisas seçiminin nəticələri elan olundu. Nəticələrdə təəssüf doğuran hallardan biri qəbul imtahanlarından 600-dən yuxarı bal toplamış 10 nəfər abituriyentin tələbə adını ala bilməyib kənarda qalmasıdır. 

Halbuki həmin abituriyentlər 600-dən yuxarı balı toplayana kimi min bir əziyyət çəkmişdi. Gecəsini gündüzünə qatan bu abituriyentlərlə yanaşı, valideynlər də repetitorlara böyük pullar xərcləmişdi. 

Bu abituriyentlərə hansı güzəştlər edilə bilər?

Təhsil eksperti Məzahir Məmmədli Qaynarinfo-ya açıqlamasında bildirib ki, həmin abituriyentlər üçün heç bir güzəşt ola bilməz: 

"Hər şey sistemlə olur. Sistem artıq bunu belə qəbul edib. Bunların qatarı getdi. Amma ikinci tur var. İkinci turda həmin abituriyentlər arzuladığı heç bir yerə girə bilməz, çünki ikinci turlar 150-200 ballıq yerlərdir. 600-dən yuxarı bal toplayan biri gedib həmin ixtisası seçən deyil. İkinci turda onların iştirakını təsəvvür edə bilmirəm. Bu iddiada olan biri niyə kollec seçsin? Çox təəssüf".

Məzahir Məmmədli həmin abituriyentlərin kənarda qalması səbəbini belə izah edib:

"600-dən yuxarı bal toplayan abituriyentlər 3 kateqoriyadan olan şəxslərdir. Birincisi, Bakıda fəaliyyət göstərən özəl liseylər özlərinin reytinqlərini qaldırmaq üçün ümumi statistikanı verəndə bəyan edirlər ki, məktəbimizdən bu qədər abituriyent 600-dən yuxarı bal toplayıb. Xarici universitetlərə qəbul oluna bilmir, amma buradakı statistikada göstərilirlər. Onlar da başqalarının haqqına girməmək üçün necə gəldi ixtisas seçir, adı da qalır ki, düşə bilmədi.

İkincisi, bunlar bir başa ixtisas seçimində iştirak etmək istəyirlər. Məsələn, gələcəyin həkimi, hüquqşünası olmaq istəyirlər. Bu adamlar bir, yaxud da iki ixtisas seçir.

Üçüncüsü, düzgün kodlaşma apara bilmirlər. Düzgün kodlaşma apara bilməyəndə problem yaşayırlar, nəticə də budur. Bu onun üçün faciədir. Bu adam illərini xərcləyib, repetitor yanına gedib. Hər ili ona hardasa 10-15 minə başa gəlib. Hardasa 100 minə yaxın pul itirib, ali məktəbə də girə bilməməsi faciədir".

Ekspert təklif edir ki, qrup oyunlarıyla vidalaşmaq lazımdır: 

"Seçim peşəyə verilməlidir ki, hər kəs işini bilsin. 15 ixtisas seç, arzuladığın peşəyə düşə bilmə. Hüquqşünas tarix müəllimi olur, həkim olmaq istəyən də kimya-bilologiya müəllimi. Dünyanın heç bir yerində belə bir şey yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.