Ölkə

Azərbaycan Ordusunda ilk insansız gəmi - FOTO

15 Avqust 2025 10:28
Baxış: 598
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Hərbi Dəniz Qüvvələri silahlanmaya insansız hərbi gəmi qəbul edib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, dənizçilər Türkiyə istehsalı olan "Salvo" insansız gəmilərini istifadə etməyə başlayıb.

Gəmi Türkiyənin "Daersan" şirkəti tərəfindən yerli imkanlarla istehsal edilir.

Dəniz vasitəsinin uzunluğu 14.79, eni 3.83 metrdir. Sürəti 83-111 km/saat arasında dəyişir.

"Salvo" digər dəniz vasitələrini və havadan gələn təhdidləri zərərsizləşdirə bilir. Bunun üçün gəmiyə müxəlif raket və silah sistemləri yerləşdirilib.

İnsansız gəmi, həmçinin kəşfiyyat, müşahidə, məlumat toplama kimi fəaliyyətləri də icra edə bilər.

Qeyd edək ki, insansız gəmi Hərbi Dəniz Qüvvələri (HDQ) tərəfindən keçirilən "Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi" mövzusunda döyüş atışlı taktiki təlim zamanı görüntülənib.

Azərbaycan ordusunun inventarında neçə ədəd "Salvo" insansız gəmi olduğu məlum deyil.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.