Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolunun 19,5-ci kilometrliyində yerüstü piyada keçidinin inşasına başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə ümumi uzunluğu 59,8 metr olan keçid iki giriş-çıxışdan ibarətdir. Aşırım hissəsinin eni 4, pilləkənlərin eni isə 2 metrdir. 5,5 metr hündürlüyə malik keçid üstüaçıq dəmir-beton konstruksiyalıdır. Həmçinin 2 metr enində oval tipli piyada panduslarının da quraşdırılması nəzərdə tutulub.
Hazırda keçidin sağ dayaqlarının sütunları tikilir. Sol və sağ dayaqların təməlləri artıq tam şəkildə inşa olunub. Keçid istifadəyə verildikdən sonra həmin ərazidə piyadaların hərəkəti xeyli asanlaşacaq.
Asya
Milli.Az