Ölkə

Bakıda məsciddə dəhşət - kişi yatdığı yerdə öldürüldü - FOTO

28 İyul 2025 09:42
Baxış: 2 154
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İyulun 26-na keçən gecə paytaxtın Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində qətl törədilib.

Milli.Az xəbər verir ki, gecə saat 04 radələrində 1990-cı il təvəllüdlü Nadir Səfərov məscidin namaz otağında yatdığı yerdə qətlə yetirilib. 32 bıçaq xəsarəti alan şəxs hadisə yerində ölüb.

Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Məmmədov polis tərəfindən saxlanılıb.

Vətən müharibəsi iştirakçısı olan Elvinin psixoloji problemlərinin olduğu və tərəflər arasında hadisədən bir qədər əvvəl şəxsi münasibətlər zəminində mübahisənin yarandığı bildirilir.

Qətlə yetirilən N.Səfərovun Bülbülədə hörmətli şəxs olduğu, xeyriyyəçi kimi tanındığı qeyd edilir.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./"Qafqazinfo"

Fotoda: Nadir Səfərov

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.