Ölkə

Yenə cəzalandırıldı - Bu qədər pul ödəməlidir

25 İyul 2025 13:02
Baxış: 1 983
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva ilə birgə məhkum edilmiş bacısı İlknur Turkut növbəti dəfə cəzalandırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İlknur Turkut dələduzluqla pullarını və qızıllarını ələ keirdiyi Nurənə Məmmədova tərəfindən məhkəməyə verilib.

Nurənə Məmmədova cavabdehdən maddi ziyana görə 35 min 700 manat, mənəvi ziyana görə isə 5 min min manat tələb edib. Hazırda həbsdə olan İlknur isə məhkəmədə iştirakdan imtina edib. İddiaya münasibət bildirməyib.

Məhkəmə zərərçəkmişin təqdim etdiyi sənədləri araşdırdıqdan sonra qərarını açıqlayıb.

İddia tələbi yalnız maddi hissədə təmin edilib. İlknur Turkutdan zərərçəkmişin xeyrinə 35 min 700 manat tutulmasına qərar verilib. İ.Turkut qərarı icra etməsə, zərərçəkmiş tərəf onun yenidən cinayət məsuliyyətinə cəlb edilməsi üçün müraciət edə bilər.

Qeyd edək ki, İlknur və bacısı Aytac Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinib. Aytaca 7, İlknura 6 il həbs cəzası verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.