Ölkə

Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına seçim başladı

24 İyul 2025 15:08
Baxış: 534
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib.

Milli.Az xəbər verir ki, bu barədə  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, saat 11:00-dan etibarən Bakı və Gəncə şəhərlərindəki ümumitəhsil müəssisələrində rus bölməsi məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunub.

Seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə:

- Alternativ qeydiyyat mərkəzlərinə

- Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

- ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.