Ölkə

Bu rayonun 21 kəndində qaz kəsiləcək

15 İyul 2025 17:14
Baxış: 684
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, diametri 315 mm olan PE "Nərimankənd-Ulacalı" orta təzyiqli yeraltı qaz kəmərində və ondan ayrılan qollarda kiplik sınaqları aparılacaq. Bununla bağlı sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatana qədər Nərimankənd, Qaratəpə, Yastıqobu, Əhmədabad, Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı və Qaragüney kəndlərində (ümumilikdə 9 638 abonent) "Nərimankənd" QPS-dən qaz təchizatı dayandırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.