Rusiya xarici siyasi təsir aləti kimi KİV-dən daha fəal istifadə etməyə başlayıb - MŞ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illər Rusiya Federasiyası xarici siyasi təsir aləti kimi kütləvi informasiya vastiələrindən daha fəal istifadə etməyə başlayıb.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın Mətbuat Şurasının beynəlxalq ictimaiyyətə müraciətində deyilir.
"İnformasiya fəaliyyəti pərdəsi altında suveren dövlətlərdə ictimai rəyin formalaşdırılması və siyasi vəziyyətin sabitliyinin pozulmasına yönəlmiş genişmiqyaslı kampaniyalar həyata keçirilir. Belə addımlar digər ölkələrin daxili işlərinə müdaxilə olmaqla yanaşı, yerli ictimai institutların fəaliyyətini sarsıdır və hakimiyyətə olan inamı azaldır. Bu praktika xüsusilə Rusiya Federasiyasının "Sputnik" agentliyinin və onun əməkdaşlarının fəaliyyəti timsalında açıq şəkildə müşahidə olunur. Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə bağlı etirazını ifadə edən beynəlxalq təşkilatlara, jurnalist və insan haqları assosiasiyalarına ünvanladığı açıq məktuba cavab olaraq biz zəruri hesab edirik ki, beynəlxalq ictimaiyyətə baş verən hadisələrin obyektiv mənzərəsini təqdim edək", - müraciətdə qeyd olunur.
Mətbuat Şurasının bəyanatında vurğulanır ki, ilk növbədə həmin məktubda faktlar kobud şəkildə təhrif edilib, bu isə beynəlxalq ictimai rəyə təsir göstərmək məqsədilə aparılan manipulyasiya cəhdlərini açıq şəkildə nümayiş etdirir.
""Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx və şef-redaktoru Yevgeni Belousovun həbsi açıq məktubda irəli sürülən iddiaların əksinə olaraq onların jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Xüsusilə vurğulamaq lazımdır ki, adıçəkilən şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq ediblər və Azərbaycanda məhz jurnalist fəaliyyətindən kənar tapşırıqları yerinə yetirmək məqsədilə olublar. Bu baxımdan onların saxlanılması qüvvədə olan qanunvericiliyə tam uyğun şəkildə və hüquqi çərçivədə atılmış qanuni addımdır.
Vəziyyəti daha dolğun anlamaq üçün diqqətə çatdırmaq istərdik ki, bir müddət öncə "Sputnik Azərbaycan"a bir neçə il rəhbərlik etmiş şəxs - Vitali Denisov Rusiya xüsusi xidmət orqanlarının kadr zabiti olub və Rusiya Baş Kəşfiyyat İdarəsi (QRU) ilə sıx əlaqələrə malikdir. O, bundan əvvəl "Sputnik Cənubi Osetiya"ya, daha sonra isə "Sputnik Moldova"ya rəhbərlik edib. Bu vəzifələrdə olduğu müddətdə Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə həmin regionların media resurslarını Kremlin təbliğat gündəliyini yaymaq üçün istifadə edərək informasiya-təbliğat kampaniyalarına rəhbərlik edib", - müraciətdə bildirilir.
Qeyd olunur ki, subversiv fəaliyyəti səbəbindən Denisov həm Azərbaycandan, həm də Moldovadan deportasiya edilib. Bu fakt bir daha sübut edir ki, jurnalist fəaliyyəti pərdəsi altında tez-tez cəmiyyətin məlumatlandırılması ilə heç bir əlaqəsi olmayan və qəbul edən ölkələrin milli təhlükəsizliyinə real təhlükə yaradan əlaqələndirilmiş təsir və müdaxilə cəhdləri həyata keçirilir.
""Sputnik" kimi saxta media strukturlarından alət olaraq istifadə edən xüsusi xidmət orqanlarının bu cür fəaliyyət metodları suveren ölkələrdə sabitliyin pozulmasına yönəlmiş daha genişmiqyaslı hibrid strategiyanın tərkib hissəsidir. Bu faktı Avropa Şurası, Avropa Parlamenti, "EuvsDisinfo" və EDMO kimi aparıcı beynəlxalq təşkilatların hesabatları da təsdiqləyir. Onların sənədlərində qeyd olunur ki, "Sputnik" sadəcə bir xəbər agentliyi deyil, Rusiyanın digər ölkələrin daxili siyasi proseslərinə müdaxilə məqsədi daşıyan dezinformasiya kampaniyasının əsas alətidir.
Bu baxımdan, beynəlxalq ictimaiyyətin "Sputnik"in fəaliyyətinə verdiyi reaksiya tamamilə qanunauyğundur: agentlik 32 ölkədə, o cümlədən Avropa İttifaqının 27 üzvündə, habelə Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə və Avstraliyada rəsmi şəkildə qadağan olunub və ya bloklanıb", - deyə vurğulanır.
Mətbuat Şurası bildirir ki, Rusiya Jurnalistlər İttifaqının öz ölkəsində jurnalistlərin təqib olunması və söz azadlığının məhdudlaşdırılması ilə bağlı ciddi problemlərlə məşğul olmaq əvəzinə bu kəskin məsələləri görməzdən gəlməsi dərin təəssüf doğurur.
"Müstəqil KİV nümayəndələrinin həbsi və onlara sistematik təzyiqlər ictimai və siyasi diskursun periferiyasına çıxarılıb.
Beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatlarının məlumatları da vəziyyətin nə qədər ciddi olduğunu sübut edir. Belə ki, 1992-ci ildən bu günə qədər Rusiyada 50-dən çox jurnalist öldürülüb və bu qətllərin onların peşə fəaliyyəti ilə bağlı olması barədə əsaslı şübhələr var. Bundan əlavə, 2019 - 2024-cü illərdə ölkədə azı 26 jurnalist saxlanılıb və həbs edilib. Bu faktlar Rusiya mediasında söz azadlığı və müstəqil jurnalistikanın vəziyyəti ilə bağlı sistemli problemlərin hələ də davam etdiyini göstərir. Beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında Rusiyada müstəqil jurnalistikanın kəskin şəkildə kiçildiyi qeyd olunur və ekspertlər bu göstəricinin 60-70% civarında olduğunu bildirirlər. Eyni qənaət nüfuzlu mənbələrin digər materiallarında da əks olunur və ölkədə söz azadlığının sistemli və dərin kök atmış şəkildə boğulmasına işarə edir.
Məsələn, tanınmış jurnalistlər - Yuri Şekoçixin, Anna Politkovskaya, Pavel Şeremet, Pol Xlebnikov və başqaları ilə bağlı geniş rezonans doğuran qətllər hələ də açılmayıb və bu halların siyasi motivli olması istisna edilmir. Rusiya Ukraynaya qarşı hərbi kampaniyaya başladıqdan sonra ölkədə senzura daha da güclənib, alternativ fikirlər susdurulur, fərqli mövqe ortaya qoymağa çalışan jurnalistlər təqibə və həbsə məruz qalır", - müraciətdə qeyd olunur.
Mətbuat Şurası bəyan edir ki, yuxarıda qeyd olunan bütün faktlara baxmayaraq, Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinən şəxsləri müdafiə etməyə üstünlük verir, lakin öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində belə prinsipial mövqe ortaya qoymur.
""Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının saxlanılması ilə bağlı vəziyyət - o agentlik ki, əslində Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialı kimi fəaliyyət göstərirdi - beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatlarının diqqətini ilk növbədə Rusiya Jurnalistlər İttifaqı kimi "qeyri-müstəqil" qurumların xüsusi xidmət orqanları ilə əlaqəsinə, onların siyasi təsir və informasiya manipulyasiyası vasitəsinə çevrilməsinə yönəltməlidir.
Biz beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatlarını bu cür informasiya təxribatlarına adekvat reaksiya verməyə və medianın siyasi məqsədlərlə istifadəsini qətiyyətlə pisləməyə çağırırıq", - müraciətdə bildirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sabah Bakının bir hissəsində qaz olmayacaq
-
Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!
-
Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
-
Gupse Özay müğənni olur!
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - (Foto)
-
Hadise və Gülşen onu məhkəməyə verir
-
Bakıda taksi sürücüsünü iplə boğub öldürənlər hakim qarşısına çıxarılır
-
Haluk Leventin qardaşı həbs edildi
-
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib - (Foto)
-
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - AÇIQLAMA
-
Hazırda dünyada neçə milyarder var?
-
Serialdan sonra sevgili oldular
-
Xameneinin dəfn mərasimi üçün 2 milyondan çox yer nəzərdə tutulub
-
İqor Noqeyra “Sabah”dan ayrıldı
-
Masazırda avtomobillər niyə quyuya düşür?
-
“1xBet” vasitəsilə qanunsuz mərc təşkil edən şəxslər saxlanılıb - (Video)
-
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti Beştəpədə toplanır
-
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
-
AŞPA-da Bakıya hücumlar: Ankara niyə hələ də susur?
-
"Ali təhsildə əsas meyar ölkə deyil, universitetin keyfiyyətidir"
-
9-cu sinif üzrə təkrar imtahanın nəticələri açıqlandı
-
Gözündə linza ilə çimərliyə gedənlərin nəzərinə





