Ölkə

Bu yoldakı çökmə də ölümə səbəb olan həmin xəttə bağlıdır - VİDEO

4 İyul 2025 12:41
Baxış: 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ziya Bünyadov prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yolun bir hissəsində çökmə baş verib. 

Milli.Az xəbər verir ki, bu barədə "İctimai TV" sözügedən ərazidən süjet hazırlayıb. 

Bildirilib ki, prospektin bir hissəsində diametri təxminən 1 metrə qədər yolda çökmə baş verib.

Həmçinin qeyd olunub ki, iyunun 26-da Cümşüd Cümşüdlünün ölümünə səbəb olan çökmə ilə bu yolun bir hissəsi eyni kanalizasiya xəttinə bağlıdır. 

Xatırladaq ki, C. Cümşüdlü Nərimanov rayonu, Baksol yolu adlanan ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya xəttinə düşüb, bir neçə gün sonra meyiti tapılıb.

Bakı Su Kanalı İdarəsinin rəisi Rauf Osmanov bildirib ki, hazırda ərazidə işlər davamlı şəkildə aparılır: "Artıq 930 metr xətt dəyişilib. Bir neçə kollektorun işi başlamışdı, yarımçıq qalanları da həll edirik. Gələcəkdə Bakıətrafı kanalizasiya kollektorunun şəhərin mərkəzindən kənara çıxarılması planlaşdırılır". 

Daha ətraflı videomaterialda: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.