Diplomatik jest, yoxsa yeni siyasət? - Fransa səfiri dəvət olunmadan Şuşaya getdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri (səfirlər və müşavirlər) işğaldan azad edilən şəhər və rayonlara səfər ediblər.
Milli.Az qafqazinfo.az-a xəbər verir ki, əvvəllər dəfələrlə dəvət olunmasına baxmayaraq, Fransa səfiri səfərlərdə iştirak etmir və Şuşaya getmirdi.
Əldə etdiyimiz məlumata görə, onun budəfəki səfərdə dəvətsiz iştirak etməsi diqqət çəkib. Fransanın Azərbaycandakı səfiri Ann Buayon Qarabağa diplomatik korpusun səfərinə çağırılmayıbmış. Eyni zamanda Azərbaycan səfiri də 8 Mayda Parisda 2-ci dünya müharibəsi paradı keçirilən zaman Makron administrasiyası tərəfindən həmin mərasimlərə dəvət olunmamışdı. Lakin Fransa səfiri Ann Buayon çağırılmasa da, budəfəki səfərə öz təşəbbüsü ilə qoşulub.
.jpg)
Xanım səfirin Şuşada verdiyi açıqlamalar da maraqla qarşılanıb. Onun "Şuşa Azərbaycan mədəniyyətini başa düşmək, anlamağa imkan verən bir şəhərdir", sözləri Qarabağın tarixi Azərbaycan torpaqları olmasının bir növ növbəti təsdiqidir. Axı mədəniyyət yalnız tarixi bağlılıq olan yerdə formalaşa bilər. Bu baxımdan Ann Buayonun Qarabağdan verdiyi mesajlar, tikinti-bərpa işlərinə heyran qalmasını bildirməsi çox əhəmiyyətlidir.
Qeyd edək ki, diplomatların Qarabağa səfəri təyyarə ilə Laçın hava limanından başlayıb ki, bu da böyük məna ifadə edir. Fransa səfirinin də yer aldığı diplomatik korpus üzvləri Laçın və Şuşadan sonra Xankəndidən keçməklə Ağdamda olublar.
Bütün bunlar Azərbaycanın uzun müddət apardığı haqlı mübarizəsinin yaratdığı reallıqdır və bu reallığı artıq Fransa da qəbul etməkdədir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Qanlı dərə"də meyiti tapılan Rəhimin FOTOSU
-
Tanınmış müğənni kövrəldi - "Qədrimi bilməmişəm"
-
Günün qoroskopu: Pul məsələlərində isə uzunmüddətli planlama vacibdir
-
Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Bakıda nəqliyyat inqilabı: Metro, avtobus və taksi vahid mərkəzdən idarə olunacaq
-
Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
XƏBƏR LENTİ
-
"Qanlı dərə"də meyiti tapılan Rəhimin FOTOSU
-
Sumağın bilmədiyimiz 20 möcüzəvi FAYDASI
-
Tanınmış müğənni kövrəldi - "Qədrimi bilməmişəm"
-
Mühəndislik sərhədlərini aşan yol: Yerdən tam 70 metr hündürlükdə asılı qalıb
-
İki paytaxtı bir-birinə bağlayan qatar on ildən sonra geri qayıdır
-
Tramp Çinə yola düşüb
-
Günün qoroskopu: Pul məsələlərində isə uzunmüddətli planlama vacibdir
-
Klaviaturadakı sirli düymə: "Pause Break" nə işə yarayır?
-
Yunan adalarındakı evlər sən demə bu səbəbdən mavi rəngdə imiş
-
Lada Niva geri qayıdır: Yeni dizaynı ilə valeh etdi - FOTO
-
Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Pendirləri məhv edən 12 saxlama xətası
-
Azərbaycan Yaxın Şərqdə sabitlik modeli kimi fərqlənir - Rufiz Hafizoğlu
-
Slovakiya Milli Şurasının sədri Azərbaycana gəlib - FOTO
-
Bakıda nəqliyyat inqilabı: Metro, avtobus və taksi vahid mərkəzdən idarə olunacaq
-
Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
-
Əli Kəriminin əmlakları müsadirə edildi
-
Vado Karovinin kürəkəni də Space TV-dən yola salındı - FOTO
-
“Mən yaxşıyam” - FOTO
-
Bəzi ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
-
Ulduz futbolçu İspaniya klubunun sahibi olur
-
Daha bir serial final edir - FOTO
-
Azərbaycanda 50 minə Qurani-Kərim satılır - FOTO
-
Farah Zeynep Abdullaha nə olub? - FOTO





