Ölkə

"Bu gün satılan narkotiklər insanı zombiyə çevirir" - Nail Kəmərli

16 İyun 2025 23:45
Baxış: 556
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı bloqer Nail Kəmərli olub.

Verilişdə narkotik istifadəçilərini gənclərə örnək olsun deyə çəkdiyini söyləyən Nail Kəmərli bu işdə əsas məqsədinin "bariqa"ların qazandığı pulları azaltmaq olduğunu deyib.

"Əvvəllər narkotik vasitələrin tərkibində psixotrop maddələr yox idi. Onların təsirindən çıxmaq rahat olurdu. Bu gün satılanlar isə insanı tamam dəyişir, zombiyə çevirir", - deyə o, bildirib.

Proqramda bloqer müsahiblərinin çəkilişdən öncə narkotik qəbul etdiklərini söyləyib:

"Əgər onlar bunu etməsələr, aqressiv olurlar. Yalnız narkotik istifadə etdikdən sonra rahat danışa bilirlər".

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.