Ölkə

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

3 May 2025 14:49
Baxış: 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bakı Marafonu 2025" ilə əlaqədar mayın 4-də nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq, 27 sayda müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.

Bu barədə Milli.Az-a AYNA-nın mətbuat xidmətindən məlumat verilib.

⁃ 1 nömrəli marşrutun hərəkəti Puşkin, Nizami və Yusif Səfərov küçələri;
⁃ 2 nömrəli marşrutun hərəkəti Təbriz küçəsi;
⁃ 4 və 10 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Xətai" metrostansiyası olmaqla hərəkəti Puşkin, Nizami və Yusif Səfərov küçələri ilə təşkil ediləcək.
⁃ 5, 88 və 88A nömrəli marşrutların son dayanacaq məntəqəsi "28 May" Nəqliyyat Mübadilə Mərkəzi olacaq.
⁃ 21, 32, 46 və 120 nömrəli marşrutların son dayanacaq məntəqəsi "28 May" Nəqliyyat Mübadilə Mərkəzi olmaqla fəaliyyətləri Ağ Şəhər - Babək prospekti;
⁃ 20, 72 və 120E nömrəli marşrutların son dayanacaq məntəqəsi "Xətai" metrostansiyası olmaqla fəaliyyətləri Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi ilə təşkil ediləcək.
⁃ 6 nömrəli marşrut "Azadlıq prospekti" metrostansiyası - Axundov bağı istiqamətində fəaliyyət göstərəcək.
⁃ 18 nömrəli marşrutun son dayanacaq məntəqəsi Əhməd Cavad küçəsi (Nizami bağı);
⁃ 30 və 49 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Xətai" metrostansiyası (Xocalı prospekti);
⁃ 53 nömrəli marşrutun son dayanacaq məntəqəsi "20-ci Sahə" dairəsi olacaq.
⁃ 61 nömrəli marşrutun son dayanacaq məntəqəsi Rəşid Behbudov küçəsi olmaqla fəaliyyəti Bülbül prospekti - Xaqani küçəsi;

⁃ 65 nömrəli marşrutun son dayanacaq məntəqəsi Axundov bağı olmaqla fəaliyyəti Şeyx Şamil küçəsi - İstiqlaliyyət küçəsi ilə təşkil ediləcək.

⁃ 120A nömrəli marşrutun hərəkəti Şəfəq küçəsi ilə təşkil olunacaq.
⁃ 125 nömrəli marşrutun son dayanacaq məntəqəsi "28 May" Nəqliyyat Mübadilə Mərkəzi;
⁃ 149 nömrəli marşrutun son dayanacaq məntəqəsi "Elmlər Akademiyası" metrostansiyası olmaqla fəaliyyətləri İpək yolu - Mikayıl Müşfiq küçəsi ilə təşkil ediləcək.

⁃ 205 nömrəli marşrut İpək yolu - Mikayıl Müşfiq küçəsi istiqamətində fəaliyyət göstərəcək.
⁃ E1 nömrəli müntəzəm marşrutun fəaliyyəti İpək yolu, Mikayıl Müşfiq və Şəmsi Bədəlbəyli küçələri ilə təşkil olunacaq.

⁃ H1 nömrəli marşrutun Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkəti Xətai prospekti ilə təşkil ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.