Heyvanlar üçün preparat istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ilə bağlı yaranan xərclər ləğv ediləcək.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Baytarlıq haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Belə ki, qanun layihəsi heyvanlar üçün bioloji preparatlar istehsalının təşviqi məqsədilə hazırlanıb və həmin obyektlərin qeydiyyatı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini və qeydiyyat xərclərinin ləğvini nəzərdə tutur.
"Baytarlıq haqqında" Qanunun 26.2-ci və 39.2.2-ci maddələrinə görə ölkə ərazisində heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq və mülkiyyətçilərin vəsaiti hesabına həyata keçirilir. Qanunun bu tələbinə uyğun olaraq Nazirlər Kabinetinin 2024-cü il 15 yanvar tarixli 24 nömrəli Qərarı ilə müvafiq Qayda təsdiq edilən və qeydiyyatın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.
Həmçinin, müəyyən edilib ki, obyektlərin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı ilə bağlı xərclər Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilən "Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği"nə uyğun olaraq ərizəçinin vəsaiti hesabına maliyyələşdirilir.
Digər tərəfdən baytarlıq preparatlarının istehsalı fəaliyyəti "Lisenziyalar və icazələr haqqında" Qanuna əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilib və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı üçün ilkin olaraq lisenziya alınması tələb olunur. Lisenziyanın verilməsi üçün "Dövlət rüsumu haqqında" Qanunla müəyyən edilən miqdarda dövlət rüsumu ödənilməlidir.
Qeyd olunanlar göstərir ki, mövcud qanunvericilik bu sahədə fəaliyyət göstərmək istəyən sahibkarların həm lisenziya, həm də qeydiyyat prosedurundan keçməsini təsbit edir ki, bu da onların vəziyyətini ağırlaşdıran hal kimi müəyyən edilir. Həmin mürəkkəbliyin aradan qaldırılması üçün müvafiq qanun layihəsi təklif olunub.
Məlumatların təqdim edilməsi "Lisenziyalar və icazələr haqqında" qanunda öz əksini tapır. Belə ki, lisenziya verən orqan (İqtisadiyyat Nazirliyi) verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar barədə məlumatı reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində lisenziya verilən fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına (bioloji preparatların istehsalı fəaliyyətinə münasibətdə AQTA-ya) göndərir.
Beləliklə, qanun layihəsi heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların AQTA tərəfindən qeydiyyatının İqtisadiyyat Nazirliyinin "Lisenziyalar və icazələr haqqında" Qanuna uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında həyata keçirilməsini və qeydiyyatla bağlı yaranan xərclərin ləğvini, bununla da bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə yükünün azaldılmasını nəzərdə tutur.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prokuror olmaq istəyənlərin diqqətinə
-
Daha bir ölkəyə vizasız səyahət etmək olacaq
-
Ombudsmanın maaşı 12 min manata qaldırılır - Qərar
-
Növbəti köç karvanı Cəbrayıla çatdı - (Yenilənib)
-
Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı
-
Bakıda qutabı 75 manata satırdı - İş adamının Rusiyadakı biznesi üzə çıxdı
XƏBƏR LENTİ
-
Prokuror olmaq istəyənlərin diqqətinə
-
Daha bir ölkəyə vizasız səyahət etmək olacaq
-
Ombudsmanın maaşı 12 min manata qaldırılır - Qərar
-
Növbəti köç karvanı Cəbrayıla çatdı - (Yenilənib)
-
Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı
-
Dubaydan Təl-Əvivə uçan təyyarə Səudiyyə Ərəbistanına endi - (Yenilənib/Foto)
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Subaylara dövlət dəstəyi ilə sevgili tapılacaq - Bu ölkədə
-
Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarıldı
-
12 ildən sonra ABŞ qoşunları İraqdan çıxdı
-
Bakıda qutabı 75 manata satırdı - İş adamının Rusiyadakı biznesi üzə çıxdı
-
Samirə Yusifqızı: “Fərəh söyüş söyübsə, mənim nə günahım var?”
-
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
-
BDYPİ-dən sürücülərə çağırış
-
Milli Məclisin payız sessiyası başladı - 16 məsələ müzakirədə
-
Pomidor tribunalı: İrəvan Aİİ-də Moskvaya qarşı hüququn işləyib-işləmədiyini yoxlayacaq
-
Çin xəritələrində İsrailin adı ilə bağlı diqqətçəkən detal - (Foto)
-
Yasamalda su borusu partladı
-
Gələn il minimum maaş nə qədər olacaq?
-
Yaponiyada 6 bal gücündə zəlzələ oldu
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Lamin Yamal "Qızıl top"dan danışdı
-
Bərdədə 26 yaşlı gənc öldürüldü - Saxlanılan var
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb





