Gürcüstan və Azərbaycan arasında dəmir yolu əlaqəsi təxirə salınıb.
Milli.Az xəbər verir ki, Bakı və Tbilisi arasında sərnişin qatarının bərpası üzrə işlər davam edir, lakin reyslərin bərpası üçün dəqiq tarix daha sonra açıqlanacaq.
Qeyd edək ki, 2020-ci ilin mart ayından koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan və Gürcüstan arasında qatarların hərəkəti dayandırılıb. Bundan əvvəl Gürcüstanın İqtisadiyyat Nazirliyi qatarların mayın 1-dən hərəkətə başlayacağını açıqlamışdı.
Milli.Az