Həkimlər xəbərdarlıq edir: Çayı belə içmək olmaz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən çay bəzi hallarda sağlamlıq üçün risk yarada bilər. Mütəxəssislər xüsusilə çayı həddindən artıq tünd formada qəbul edən şəxslərin müəyyən xəstəliklərlə üzləşə biləcəyini bildirirlər.
Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, çox tünd dəmlənmiş çayda tanin maddəsinin miqdarı yüksək olur. Bu maddə isə orqanizmdə dəmirin sorulmasını azalda bilər. Nəticədə uzun müddət davam edən bu vərdiş dəmir çatışmazlığı və qanazlığı (anemiya) riskini artırır. Xüsusilə qadınlar, yeniyetmələr və artıq dəmir səviyyəsi aşağı olan şəxslər daha diqqətli olmalıdırlar.
Bundan əlavə, tünd çayın həddindən artıq qəbulu mədə problemlərinə də səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, çox konsentrasiyalı çay mədə turşuluğunu artıra, qastrit və reflüks şikayətlərini gücləndirə bilər. Axşam saatlarında çox tünd çay içilməsi isə yuxu pozğunluğuna və ürəkdöyünmə hissinə gətirib çıxara bilər.
Həkimlər çayın tamamilə imtina ediləcək içki olmadığını, lakin normaya riayət etməyin vacibliyini vurğulayırlar. Tövsiyə olunur ki, çay orta dəmlənmiş formada, yeməkdən dərhal sonra deyil, bir qədər fasilə ilə qəbul edilsin. Gün ərzində həddindən artıq miqdarda və çox tünd çay içmək isə sağlamlıq üçün arzuolunan deyil.
Mütəxəssislər bildirirlər ki, balanslı qidalanma və düzgün vərdişlər sadə görünən içkilərin belə sağlamlığa mənfi təsirinin qarşısını ala bilər.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabah Yasamal, Nizami və Binəqədidə işıq olmayacaq
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Sabah Hökməli–Qobu–Güzdək yolunda hərəkət tam məhdudlaşdırılacaq
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir
-
Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı
-
Elnarə Abdullayeva nəvəsi üçün bu qədər xonça hazırlatdı - (Video)
-
“Brent” neft ucuzlaşdı
-
"Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım" - Mətanət İsgəndərli
-
Türkiyə PA: Türkiyə bayrağının Azərbaycanda endirilməsinə cəhd iddiaları dezinformasiyadır
-
Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi - (Foto)
-
Şirvanda su kəsiləcək
-
"Trabzonspor"un prezidenti mərc oyunlarına görə cəzalandırıldı
-
Keçmiş deputatlar indi nə ilə məşğuldurlar? - (Foto)
-
Tbilisidə 23 yaşlı Aysunun müəmmalı ölümü - atası danışdı
-
Qaxda şagird məktəbdə xəsarət aldı - Sinif yoldaşı şübhəlidir
-
Sabah iki rayonda qaz olmayacaq
-
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
-
Süni intellekt xərçəng xəstələrinin nə qədər yaşayacağını təxmin edir
-
Bir əsrlik fayton: Nəriman Nərimanovun Şəki səfərindən yadigar - (Foto)
-
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu
-
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN
-
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - (Foto)





