Cəmiyyət

Elmar Məmmədyarov: "Mən Ramiz Mehdiyevlə..."

12 Fevral 2026 16:55
Baxış: 947
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib. O eyni zamanda cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin bu gün yaydığı məlumatda bildirilib.

Milli.Az xəbər verir ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında deyib ki, istintaqın öz sübutları olacaq:

"İstintaq gedir və istintaqın öz sübutları olacaq. Daha sonra məhkəmə prosesi keçiriləcək. Bundan sonra məsələ ilə bağlı danışmaq olar. Mən Ramiz Mehdiyevlə Prezident Administrasiyasından çıxdıqdan sonra heç bir təmasda olmamışam".
E.Məmmədyarov deyib ki, 17 milyon böyük məbləğdir:

"17 milyon az məbləğ deyil, böyük vəsaitdir. Məhkəmə qərar verməlidir ki, Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib".

Milli.Az 
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.