Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamına əsasən, nazirliyin tabeliyində olan bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılması nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
Bildirilib ki, elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən, institutlararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji sənəd olan Sərəncam əsasında oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq.
"Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq. Bəzi elmi-tədqiqat institutları isə regionlarda fəaliyyət göstərən dövlət universitetlərinin tabeliyinə veriləcək ki, bu da elm və təhsilin inteqrasiyasını daha da gücləndirilməsinə xidmət edəcək. Əlavə olaraq, artıq fəaliyyət effektivliyi zəif olan bəzi elmi-istehsalat birliklərinin fəaliyyətinə xitam veriləcək.
İslahat xarakteri daşıyan Sərəncam çərçivəsində əməkdaşların sosial rifahı, həyat səviyyəsi və elmi yaradıcılığı üçün daha yaxşı şəraitin yaradılması əsas prioritetlərdəndir. Burada əsas məqsəd elmi müəssisələrin fəaliyyətinin effektivliyini artırmaq, dövlət büdcəsindən səmərəli istifadəni təmin etmək, idarəetməni sadələşdirmək və alimlərin əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsini həyata keçirməkdir. Eyni zamanda gənc alimlərin və tədqiqatçıların dəstəklənməsi, regionlarda elmi potensialın artırılması, təhsillə elmin sintezinin gücləndirilməsi islahatın əsas hədəfləri sırasındadır", - nazirlikdən qeyd edilib.
Bildirilib ki, struktur dəyişiklikləri tədqiqat mühitinin təkmilləşdirilməsinə, elmi nəticələrin tətbiqyönümlü olmasına və beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə imkan verəcək:
"Müəssisələrin publik-hüquqi şəxs statusunda yaradılması nəticəsində alternativ maliyyələşmə mexanizmlərinin istifadəsinə şərait yaradılacaq, elmi resurslardan daha səmərəli istifadə ediləcək, gənc tədqiqatçılar üçün daha əlçatan və müasir infrastruktur formalaşacaq, həmçinin elmin cəmiyyətlə daha yaxından inteqrasiyası təmin olunacaq.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Sərəncamdan irəli gələn məsələlərin icrasının təmin edilməsi, yeni institutların fəaliyyətinin düzgün təşkili və elmi mühitin daha da inkişaf etdirilməsi üçün bütün zəruri addımları atacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Evi həftədə neçə dəfə təmizləmək lazımdır
-
Vazelinin bilmədiyimiz FAYDALARI
-
Həddindən artıq tərləmə hansı xəstəliklərin əlamətidir?
-
Qiyməti balıqdan qat-qat ucuz, faydası isə eyni
-
Restoranda hürüb, bıçaqla gəzib
-
Atmağa tələsməyin: İstifadə olunmuş tualet kağızı rulonları xəzinə imiş
-
Böyük Britaniyanın ilk milyarder idmançısı oldu
-
Mələkxanımın qızından övladı ilə bağlı qadağa - “Pul üçün...”
-
Sən demə, binalardakı ən rahat mərtəbə bura imiş
-
"Sevdiyim sensin"in aktrisası bu seriala çəkilir - FOTO
-
Günün qoroskopu: Maliyyə məsələləri günün əsas mövzusudur
-
“Eşref Rüya” final edir
-
Müşfiqin Atatürkə yazdığı şeir tapıldı - FOTO
-
Fatma Mahmudovanın qızı nişanlandı - YENİLƏNİB - FOTO
-
İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb - VİDEO - FOTO
-
271 nömrəli məktəbin şagirdi bıçaqla FOTOsunu paylaşdı
-
Ukrayna qadınlarına sevindirici xəbər: Qadağa ləğv edilir
-
“Heç vaxt bu qədər uduzmamışdım, içim yanır”
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb - VİDEO
-
"Müalicə effekt vermir" - Tanınmış aktyorun ağır günləri - FOTO
-
Psixoloqlara görə nankor insanlar bu 4 cümləni tez-tez işlədir
-
Azərbaycanda pensiyalarla bağlı yenilik
-
"Qalatasaray" ilk transferini etməyə hazırlaşır
-
Təmizlik xərclərindən qurtulmaq istəyən unitaza 1 şüşə töksün





