Ölkə

Bakıda ağır qəza - xəsarət alan var - FOTOlar

27 Mart 2025 10:21
Baxış: 526
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Sabunçu rayonunda avtomobil marketin qarşısındakı işıq dirəyinə çırpılıb, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Zabrat yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Volkswaqen Passat" markalı minik avtomobilinin sürücüsü qəfildən sükana nəzarəti itirib.

Avtomobil əvvəlcə eyni istiqamətdə olan "Toyota Prius" markalı nəqliyyat vasitəsinə, daha sonra isə, yol kənarında yerləşən marketlərdən birinin qarşısındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində avtomobillərə ziyan dəyib. Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb olunub.

Nəqliyyat vasitələri yoldan götürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.