Dünya

Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır - Türkiyə XİN

30 Mart 2025 15:16
Baxış: 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Qeyd olunub ki, həmçinin Suriyada sabitliyin bərpası üçün addımlar atılmalıdır: "Türkiyə Suriyada təhlükəsizlik və sabitliyin yaradılmasının təməl daşı olan hərtərəfli və əhatəli siyasi prosesi dəstəkləməyə davam edəcək".

Vurğulanıb ki, hökumətin qurulması Suriyanın siyasi keçid prosesini irəlilətmək iradəsini nümayiş etdirir. Rəsmi Ankara bu qərarı məmnunluqla qarşıladığını diqqətə çatdırıb.

Bundan əvvəl Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəraa yeni Nazirlər Kabinetinin formalaşması münasibətilə öz xalqını təbrik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.