Ölkə

Azərbaycanda yeni doğulan körpə səhlənkarlığın qurbanı oldu

30 Mart 2025 14:56
Baxış: 848
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ölüb.

Milli.Az teleqraf-a istinadla xəbər verir ki, hadisə martın 28-də baş verib.

Kürdəmir rayonunun Axtaçı Qarabucaq kənd sakini, 2006-cü il təvəllüdlü Xəyalə Natiq qızı Əsədova Sabirabad xəstəxanasında uşaq dünyaya gətirib.

Məlumata görə, qadını cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib və onun səhlənkarlığı nəticəsində körpə ölüb. Körpə qeysəriyyə yolu ilə dünyaya gəlməli imiş, ancaq gecikmə olduğu üçün doğum təbii yolla baş verib. Körpə həmin gün ölüb.

Həkim M.Yunusova bunun virus səbəbindən baş verdiyini iddia edib.

Uşağın atası Kamal Malıyev faktı təsdiqləyərək həyat yoldaşının hazırda Sabirabad Mərkəzi Xəstəxanasında müalicə aldığını və şikayətçi olmadığını bildirib:

"Mən ərizə yazdım ki, həkimdən heç bir şikayətim yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.