İdman

Azərbaycan çempionatında YENİ REKORD

30 Mart 2025 15:00
Baxış: 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misli Premyer Liqasının XXVIII turu rekordla əlamətdar olub.

Milli.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, "Sumqayıt" - "Sabah" oyununda (3:3) qeydə alınıb.

Bakı klubu mövsümdə 15-ci heç-heçəyə imza atıb.

Paytaxt təmsilçisi bununla da Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb. "Sabah" bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.

Bunadək rekord hərəyə 14 sülhə imza atan "Neftçi" (2009/2010), "Bakı" (2012/2013) və "Zirə"yə (2020/2021) məxsus idi. Ötən tur bu komandalara çatan "Sabah" Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.