Ölkə

Kəlbəcərdə yük maşını aşdı - 2 nəfər öldü

18 Mart 2025 10:36
Baxış: 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən məlumat verir ki, bu gün səhər saatlarında yük avtomobili Kəlbəcər rayon Qamışlı kəndində hərəkətdə olan zaman idarəetməni itirərək dərəyə aşıb.

Nəticədə, sərnişin 64 yaşlı Gəncə şəhər sakini M. Məmmədov hadisə yerində, digər sərnişin 48 yaşlı Şəmkir rayon sakini R. Şahnəzərov isə xəstəxanada ölüb.

Sürücü 37 yaşlı E. Nadirov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.