“Ərimə deyirəm ki, sanki səni mən doğmuşam”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Özümü o qədər də gözəl hesab etmirəm. Yaşında gətirdiyi bir gözəllik var. İç dünyası... O da ola bilər. Onun yanında da xırda toxunuşlar edirəm. Pis örnək olmaq istəmirəm. Əslində mən sağlam həyat tərzi və qidanmaqdan bəhs edirəm. Bacım Nigarın da mənə tövsiyyələri var ki, mən onun məsləhətlərinə sona qədər güvənmişəm, inanmışam".
Milli.Az olay.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova "Sabahın xeyir Azərbaycan!" verilişinə müsahibəsində deyib.
Sənətçi gidalanmasından və formada qalmasından söz açıb:
"Elə gün yoxdur ki, sirkəli su içməyim. Oyanan kimi əsla yemək yemirəm. 18:00-dan sonra hər hansısa bir yerə qonaq gedəcəyəmsə, yemək məsələsini yalnız o saata saxlayıram. Yəni o qonaqlıqda yemək yeyirəm və bitirirəm yemək işini. Mütləq şəkildə hər gün özümü 40 dəqiqə yeriməyə məcbur edirəm. Bir də ki həyatımda olmazsa olması kitab oxumaqdır".
İbrahimova birazda xasiyyətindən bəhs edib:
"Deyirlər ki, biraz sərt ana və həyat yoldaşıyam. Amma bunu mən qəbul etmirəm. Xasiyyət olaraq qarmaqarışıq, dəyişkən insanam. Ruh halım çox dəyişkən olur. Hətta bunu ailə üzvlərim də hərdən vurğulayır. Bəzən gəhgəhə ilə gülə də, bəzən də ağlaya da bilirəm. Yuvanı hər zaman dişi quş qurur. Qadın istəsə huzurlu və huzursuz da ortam yarada bilir. Amma mən hər zaman huzuru sevmişəm. Hətta bəzən həyat yoldaşıma deyirəm ki, sanki səni mən doğmuşam. Müşahidə etməyi çox sevirəm. Onun bir baxışından "belə bir demək istədin" dediyimdə o etiraz edəndə söyləyirəm ki, amma səni çox gözəl tanıyıram. Yenə də bütün yükün qadında olduğunu hesab edirəm. Buna etiraz edənlərə, etiraz edib və yükü biraz həyat yoldaşına yükləyənləri alqışlayıram hər zaman. Mən bunu edə bilmədim. Çünki hər şeyə özüm yetişmək və kontrolumda saxlamağı sevirəm. Bu mənə huzur verdiyi üçün etdim. Bu hal olanda qarşı tərəfdə deyir ki, yəgin bunu edə bilməyəcəyimi düşündüyü üçün bütün yolları sizin üçün açır. Canına da minnət... Qadın yorulur, deyinir".
İradə bildirib ki, özünə qarşı hörmətsizlik və laqeyitsizlik görəndə əsəbiləşir:
"Hörmətsizlik - susa bilməyəcəyim bir vəziyyətdir. Özümə qarşı hörmətsizlik, laqeyitsizlik görsəm... Sərhəd var, onu keçməyə heç kimə icazə vermirəm. Bu uşaqlarım, həyat yoldaşım, bacılarım, heç fərq etmir".
"Ailənizlə yaxın gələcəkdə Türkiyədən Azərbaycana köçməyi düşünürsünüz?" sualına müğənninin cavabı belə olub:
"Bu haqda heç zaman düşünməmişəm. Həyat sürprizlərlə doludur. Bilmək olmaz bəlkə nə zamansa ailəmlə birgə Azərbaycana köçüb, burada yaşaya bilərik"
Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzərlə ailə həyatı qurub.
Cütlüyün 2010-cu ildə İpək adlı qız övladları dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlan övladı dünyaya gətirib.
Hazırda isə İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





