Dünya

Ukraynada əsir düşən koreyalı əsgərlərin taleyi necə olacaq?

18 Mart 2025 14:24
Baxış: 517
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Kursk bölgəsində baş verən döyüşlər zamanı Ukrayna qüvvələri tərəfindən əsir götürülən iki Şimali Koreya əsgərinin gələcəyi ilə bağlı danışıqlar aparılır.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul bu gün ukraynalı həmkarı Andrii Sybiha ilə telefon danışığında bu məsələdə əməkdaşlıq etməyi müzakirə edib. Seul Şimali Koreya əsirlərinin Cənubi Koreyaya sığınmaq istədikləri təqdirdə onları qəbul etməyə hazır olduğunu bildirib.

Əsirlərdən biri Cənubi Koreyadan sığınacaq almaq istədiyini açıqlayıb. Onun sözlərinə görə, Rusiyaya təlim üçün göndərilib və münaqişəyə qarışacağını bilməyib.

Ukrayna, ABŞ və Cənubi Koreyanın kəşfiyyat məlumatlarına əsasən, Şimali Koreya Ukraynada Rusiya ordusuna dəstək vermək üçün minlərlə hərbçi yerləşdirib. Pxenyan qoşunları 1950-ci illərdən bəri ilk dəfə olaraq bir münaqişədə fəal şəkildə iştirak edirlər.

Kiyevin məlumatına görə, 2025-ci ilin yanvar ayının əvvəlinə qədər Rusiyada 3 mindən çox Şimali Koreya əsgəri öldürülüb və ya yaralanıb.

Bütün bu itkilərə baxmayaraq, Seul Pxenyanın Rusiyaya daha çox hərbçi göndərmək planında olduğundan şübhələnir. Hazırda əsir düşən Şimali Koreya əsgərlərinin taleyinin necə olacağı beynəlxalq müzakirə mövzusuna çevrilib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.