Şou-biznes

"Heç bir xanımla efirə çıxmıram" - VİDEO

18 Mart 2025 15:57
Baxış: 1 017
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Türkan Vəlizadə açıqlaması ilə adından söz etdirib.

Milli.Az bildirir ki, sənətçi qonaq olduğu "Həmin Zaur" verilişində xanım həmkarları ilə bir efirə çıxmaq istəmədiyini bildirib.

Vəlizadə bu mövzuda fikirlərini belə nəql edib:

"Hər zaman xanımlara önəm vermişəm. Mənim bir çox dostlarım da xanımlar olub. Onları da necə çox istədiyimi ətrafım yaxşı bilir. Son zamanlar ətrafımda baş verən hadisələri kənardan seyr etdim və olanları gördüm. Qərar verdim ki, xanım ifaçılarla efirlərə çıxmayacağam. Hər birinə hörmətim var. Əvvəllər mən xanım ifaçılarla efirlərə çıxmırdım. Sonra yaxın bildiyim xanım həmkarlarımla efirlərə çıxmağa başladım. Amma indi artıq onlar yanımda yoxdurlar. Belə qərar verdim. Onları ətrafımdan mən dağıtmadım. Hər kəs yaxşı olsun amma məndən uzaq olsun. Xoşbəxt olsunlar. Nəyin ki, o beşlik, dördlük ümumiyyətlə qız oxuyanlarla efirə çıxmaq istəmirəm. Məni çox istəmirlərsə o yazıqlara niyə zülm verim gəlib yanımda oturub üzümə baxsınlar". /olay.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.