Şou-biznes

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım

18 Mart 2025 14:27
Baxış: 667
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nəfəsi Rəfiqə mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, babasının ad günü olduğunu bildirib.

"Əziz babam, Əməkdar artist, mərhum müğənni Cavanşir Məmmədovun doğum günüdür. Keçən il xoş anlar ilə yadda qalan günümüz bu il tam əksidir.Yaşasaydı 71 yaşını qeyd edəcəkdik. İllər keçsə də ruhu hər zaman bizimlədir. İfaları və söylədiyi nəsihətləri onu daim yaşadacaq!
Doğmasını itirmiş hər bir kəsə Allahdan səbr diləyirəm. Paylaşımımı isə babamın əziz xatirəsinə həsr edirəm".

Qeyd edək ki, C.Məmmədov ötən ilin aprelində qəfil ürəktutmasından dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.