Dünya

Ermənistana giriş-çıxış bağlanır - Hazırlıq başladı? - VİDEO

18 Mart 2025 11:11
Baxış: 1 082
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Hava Yolları aprelin 7-dən etibarən uçuşlarını müvəqqəti olaraq dayandıracağını açıqlayıb.

Milli.Az xəbər verir ki, şirkət bu barədə rəsmi "Facebook" səhifəsində paylaşım edib. Qərarın səbəbi kimi təyyarə meydançasının yenilənməsi göstərilib.

Hava yolu şirkəti aprelin 6-dan sonrakı tarixlərə bilet almış və ya bron etmiş sərnişinlərə şirkətlə əlaqə saxlamağı tövsiyə edib.

Xatırladaq ki, son günlər Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlaşdığına dair məlumatlar yayılıb. Ermənistan hökuməti 1 aprel - 13 iyun tarixləri arasında ehtiyatda olan hərbçilərin toplanışının keçiriləcəyini elan edib. Bu qərar, apreldə eskalasiya ehtimalını artıran amillərdən biri kimi qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.