Cəmiyyət

Komitə sədrindən nikahla bağlı YENİ TƏKLİF

18 Mart 2025 13:09
Baxış: 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəmiyyətimizdə mediasiya mədəniyyəti aşağıdır. Ona görə də mübahisələrin barışıq yolu ilə həll edilməsinə meyilli olmurlar.  

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, təsadüfi adamların mediator olma imkanları azaldılır: "Reputasiyası başqa sahədə aşağı düşmüş insanların mediatorluğunun qarşısı alınmalıdır. Mediatorların sertifikat müddətinin 5 il olması yaxşı haldır".

Komitə sədri bildirib ki, evlilik zamanı bir-birinə alınan hədiyyələr sənədləşdirilmir: "Ona görə, boşanma zamanı bu hədiyyələrin üstündə mübahisə yaranır".

Fazil Mustafanın sözlərinə görə, nikah müqaviləsində bu kimi məsələlərin tətbiqini nəzərdə tutmaq lazımdır: "Bu, boşanma zamanı məhkəmələrin yükünü də azaldacaq. Nikah müqaviləsi ilə bağlı məsələnin məcburi xarakter daşıyan elementlərinin burada əks olunmasını təmin etməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.