Ölkə

Sosial xidmət göstərilməsinə nəzarət qaydası təkmilləşdirilir

18 Mart 2025 13:46
Baxış: 268
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial xidmət göstərilməsinə nəzarət qaydası təkmilləşdirilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Sosial xidmət haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə əsasən, sosial xidmət göstərən subyektlər tərəfindən göstərilən sosial xidmətin keyfiyyətinə, səmərəliliyinə, dövlət standartlarının tələblərinə əməl olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Təklif edilən dəyişikliklə, sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Məlumat üçün bildirək ki, hazırkı redaksiyada sosial xidmət göstərən subyektlər tərəfindən göstərilən sosial xidmətin keyfiyyətinə, səmərəliliyinə, dövlət standartlarının tələblərinə əməl olunmasına nəzarət müəyyən olunsa da, nəzarətin hansı qaydada aparılması müəyyən olunmayıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.