Məşhur klinika ilə bağlı daha bir İDDİA: həkim təhsili haqda yanlış məlumat verib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Laser Beauty" klinikası ilə bağlı növbəti sensasion iddia yayılıb.
Milli.Az qaynarinfo.az-a istinadla xəbər verir ki, klinkada həkim kimi fəaliyyət göstərən, ancaq sertifikasiya prosesindən keçməyən Nigar Rüfət adlı şəxsin təhsili haqda yanlış məlumat verdiyi bildirilir.
Qeyd edilir ki, Nigar Rüfətin bioqrafiyasında 2007-2012-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldığı göstərilib. Daha sonra - 2017-2021- illərdə isə Kiyev Dövlət Universitetində farmakologiya ixtisası üzrə təhsil aldığı qeyd edilib.
Əslində Nigar Rüfət Kiyev Dövlət Universitetində yox, Kiyev Dövlət Texnologiya və Dizayn Universitetində təhsil alıb, bioqrafiyasında isə tamamilə başqa - daha nüfuzlu universitetin adını göstərib.
Başqa bir məqam isə Nigar Rüfətin təhsil aldığını iddia etdiyi ixtisasla bağlıdır. Hüquqşünas təhsili aldıqdan sonra əczaçı olmaq fikrinə düşən bu xanımın təhsil aldığı ali məktəb daha çox maşınqayırma sahəsi üzrə mütəxəssislər yetişdirməsi ilə tanınır və univeristetin farmakologiya ixtisasında sənaye və istehsalatda çalışmaq üçün mütəxəssislər hazırladığı deyilir. Bu fakültənin məzunlarının həkim kimi fəaliyyət göstərməsinin nə dərəcədə doğru olduğuna isə müvafiq qurumlar qərar verməlidir.
Qeyd edək ki, Nigar Rüfətin adı tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmayıb və həkimlərin sertifikasiyası prosesindən keçməyib. Bu, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin apardığı yoxlamalar nəticəsində məlum olub.
Nigar Rüfət həkimlərin sertifikasiyası prosesindən keçmədiyi halda uzun müddət adıçəkilən klinikada qanunsuz olaraq çalışıb və onlarla, bəlkə də yüzlərlə pasiyentə qanunsuz olaraq tibbi xidmət göstərib. Bunun üstü isə yalnız mediada barəsində yazılandan sonra açılıb. Buna baxmayaq, sonradan da klinikada fəaliyyətini davam etdirməsi barədə məlumatlar var.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində "Laser Beauty" Klinikasının filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət daxil olub.
Hazırda fəaliyyəti dayandırılmış filiala martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.
Lakin nazirliyin qərarına baxmayaraq, filial fəaliyyətini davam etdirir. Belə ki, filialda kosmetoloji prosedurlar həyata keçirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bakının dörd rayonunda işıq kəsiləcək
-
Əli Məmmədova vəzifə verildi
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
XƏBƏR LENTİ
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bakının dörd rayonunda işıq kəsiləcək
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir
-
Yamalın atası oğlunun əsl adını açıqladı
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)
-
Azərbaycanlı karateçi Avropa birinciliyində gümüş medal qazanıb
-
Dambrauskasdan "Fənərbağça" açıqlaması
-
Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir - Yenilənib
-
Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu - (Video)
-
Qazaxıstanda dövlət çevrilişinə cəhd - 10 nəfər saxlanılıb - (Foto)
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
Elgün Nurulla işindən ayrıldı
-
“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
-
"Bu, ölülərin, şeytanın bayramıdır" - Nadir Qafarzadə
-
Siyasi varislik, yoxsa milli xəyanət?
-
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
-
Həvva Yambulatova qəfil vəfat etdi





