Ölkə

“Bolt”da bu sürücülərin fəaliyyətinə bu gündən QADAĞA

12 Mart 2025 10:02
Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən "Bolt" taksi şirkəti Azərbaycanda bir çox sürücünün taksi fəaliyyəti ilə məşğul olmasına qadağalar tətbiq edib.

Milli.Az bildirir ki,  bu barədə İqtisadiyyat.az-a bir qrup sürücü məlumat verib.

Onların sözlərinə görə, "Bolt" buna səbəb kimi həmin sürücülərin təlim sertifikatında uyğunsuzluqların aşkarlandığını göstərir. Bu səbəbdən sürücülərdən təlim sertifikatını yenidən təqdim etməyi tələb edir. Beləliklə, "Bolt" taksi şirkəti sertifikatsız sürücülərin hamısını bloklayıb və onlar hazırda taksi fəaliyyət göstərmək üçün tətbiqə daxil ola bilmirlər.

Qeyd edək ki, taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.