Ölkə

Bakı Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində qidalanma problemləri var

3 Mart 2025 10:55
Baxış: 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Miqrasiya Xidmətinin Bakı şəhərindəki Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə həyata keçirilən başçəkmə zamanı orada saxlanılan şəxslər verilən qidaların çeşidi və miqdarından şikayət ediblər. Mərkəzdə tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, dərman təchizatına və qidalanma məsələlərinə diqqətin artırılmasına ehtiyac var.

Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, Yevlax rayonundakı Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə həyata keçirilmiş başçəkmə zamanı həkim ştatının vakant olduğu müəyyən edilib. Bu isə əcnəbilərin Mərkəzə qəbul edildiyi andan 24 saat müddətində həkim tərəfindən tibbi müayinədən keçirilməsi, hər bir qəbul edilən əcnəbiyə tibbi kitabça tərtib olunması ilə bağlı tələblərin yerinə yetirilməsində çətinliklər yaradır. Mərkəzdə rentgenoloji və laborator müayinələr üçün müvafiq avadanlıqların olmadığı da müşahidə edilib.

"İl ərzində həyata keçirilən başçəkmələr zamanı şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi əksər müəssisələrdə ixtisaslı kadr, o cümlədən həkim çatışmazlığının olduğu aşkar edilib. Ombudsman yaşa görə təqaüdə çıxmış ixtisaslı kadrların belə müəssisələrdə işlə təmin olunması üçün müvafiq mexanizmin işlənib hazırlanmasını tövsiyə edir", - məruzədə qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.