Texnologiya

"WhatsApp" işlədənlərə PİS XƏBƏR: 1 həftə sonra...

3 Mart 2025 18:02
Baxış: 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2025-ci il martın 10-dan etibarən "WhatsApp" messencerini köhnə smartfon modelləri dəstəkləməyəcək.

Milli.Az xəbər verir ki, bu barədə "Proofy" nəşri məlumat yayıb.

İlkin məlumatlara görə, bu proses 2025-ci il mayın 5-dək başa çatacaq.

Fevralın 17-dən etibarən "WhatsApp" "Android 4.4 KitKat" əməliyyat sistemi və köhnə versiyaları istifadə edən qadcetlərdə işləməyəcək: "Samsung Galaxy S3" və "Note 2", birinci nəsil "Motorola Moto G", "HTC One X", "LG Optimus G" və "Nexus 4", "Sony Xperia" modelləri.

Həmçinin, mayın 5-dən etibarən messencer "iOS OS"li ilkin modellərdə, məsələn, "iPhone 6" və "iPhone 6 Plus"da dəstəklənməyəcək.

İstifadəçilər "WhatsApp" vasitəsilə mesaj göndərə, qəbul edə və zəng edə bilməyəcəklər. Siz əməliyyat sisteminizi yeniləməli və ya yeni smartfon almalısınız.  /Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.