Ölkə

Generalın 21 yaşlı oğlunun vəfatı ilə bağlı TƏFƏRRÜAT

26 Fevral 2025 20:46
Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini general-mayor Orxan Qasımovun oğlu Ayxan Qasımovun ölümünün təfərrüatları məlum olub.

Milli.Az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, mərhumun səhhətində anadangəlmə ciddi problemlər varmış.

A.Qasımov ciyərlərində olan xəstəlikdən əziyyət çəkirmiş.

Onun xəstəliyinin Azərbaycanda müalicəsi çətin olduğuna görə, A.Qasımov əsasən xarici ölkələrdə müalicə alıb.

Ailəsi İtaliyanın Milan şəhərində xəstəliyi müalicə edəcək həkim tapıb. O, son illərdə həmin şəhərdə yaşayıb və orada müalicə alıb. A.Qasımov Milanda 21 yaşında dünyasını dəyişib. Ölüm səbəbi kimi ciyərlərinin partlaması göstərilib.

Mərhumun cənazəsi sabah Azərbaycana gətiriləcək və fevralın 28-də Bakının "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Yas mərasimi isə martın 1-də Heydər məscidində keçiriləcək.

Qeyd edək ki, A.Qasımov Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin keçmiş rəisi Arif Qaraşovun nəvəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.