Ukrayna Prezidenti Volodimir Zelenski ictimai fəal və "Hospitaller" könüllülər batalyonunun həkimi İrina Tsıbuxu ölümündən sonra "Ukrayna Qəhrəmanı" adına layiq görüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Ukrayna dövlət başçısı fərman imzalayıb.
"İctimai fəal, "Hospitaller" könüllülər batalyonunun ekipajının rəhbəri İrina Tsıbuxa (ölümündən sonra) "Qızıl Ulduz" ordeni ilə "Ukrayna Qəhrəmanı" adı verilsin", - fərmanda deyilir.
Qeyd edək ki, 26 yaşlı Tsıbux 29 may 2024-cü ildə Xarkov istiqamətində rotasiya zamanı ölüb.
Milli.Az