Şou-biznes

Xalq artistinin 19 yaşlı sevgilisi hamilədir?

26 Fevral 2025 21:17
Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur müğənni Qriqori Leps toya hazırlaşdığını açıqlayıb.

Milli.Az xəbər verir ki, sənətçi bu yaxınlarda 19 yaşlı nişanlısı Aurora Kiba ilə bu yay nikah masasına oturacaq. Kiba hazırda ali təhsil aldığı Londonda yalnız yazın sonuna qədər qalacaq. Daha sonra Avrora Moskva universitetinə keçməyi və təhsilini Rusiyada davam etdirməyi planlaşdırır.

62 yaşlı müğənni toyda Auroranın dizaynını özü hazırlayacağı üç paltar dəyişəcəyini deyib.

Üstəlik, bəylə gəlin artıq valideyn olmağa hazırlaşır. Aurora 19 yaşını qeyd edərkən lentə alınan videonu sosial şəbəkədə yerləşdirib. Qız bayramını ailəsi ilə birlikdə qeyd edib. Tortun üzərindəki şamı üfürən zaman o, "Sənin üçün nəvə, ana!" sözlərini deyib. 

Onun sözləri Avroranın anasını təəccübləndirib. Tatyana Kiba "Sən dəlisən? Yox, mən hələ nənə ola bilmərəm" deyərək, etiraz edib. (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.