Dünya

USAİD işdən çıxarılan əməkdaşlarına 15 dəqiqə vaxt qoydu

26 Fevral 2025 22:31
Baxış: 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ixtisar edilən əməkdaşlarına Vaşinqtondakı mərkəzi ofisdən şəxsi əşyalarını götürmək imkanı verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, işçilər fevralın 27 və 28-də USAİD-in yerləşdiyi Ronald Reyqan Dünya Ticarət Mərkəzindən şəxsi əşyalarını götürmək imkanı əldə edəcəklər. Bunu etmək üçün onlara təxminən 15 dəqiqə vaxt veriləcək.

Bildirilir ki, işçilərin binaya daxil olması üçün təhlükəsizlik təmin edilir, şəxsi əşyalar özləri ilə gətirdikləri qutularda və ya çantalarda aparılmalıdır, çünki onları agentlik təmin etmir.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin iki min əməkdaşının işdən çıxarılması ilə bağlı elektron məktublar aldığı bildirilirdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.