Kriminal

Özünü bank əməkdaşı kimi təqdim edib 10 min manat kredit götürdü, saxlanıldı

26 Fevral 2025 23:42
Baxış: 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özünü bank əməkdaşı kimi təqdim edərək vətəndaşın adına 10 min manat kredit götürən şəxs saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt sakini olan 37 yaşlı qadın bir nəfərin onu aldadaraq adına 10 min manat kredit rəsmiləşdirdiyi barədə polisə müraciət edib.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin sosial şəbəkələrin birində özünü bank əməkdaşı kimi təqdim etdiyi, zərərçəkənin etibarından sui-istifadə edərək əvvəlcə hesabına 54 manat ödətdirdiyi, daha sonra onun adına 10 min manat onlayn kredit götürdüyü məlum olub.

Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı İ.Tərlanov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.