Maraqlı

Arvadına aldığı "Porsche"ni zibil qutusuna atdı - FOTO

27 Fevral 2025 00:27
Baxış: 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Moskva vilayətinin Mıtişşi şəhərində kişi "Porsche Macan" markalı krossoveri zibilliyə atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, maşın kişinin həyat yoldaşına 14 fevral hədiyyəsi olub, lakin qadın bunu qiymətləndirməyib.

"Sergey və arvadı Alla (adlar dəyişdirilib) hazırda münasibətlərində ağır dövr yaşayırlar. O, ailəni gözəl hədiyyə ilə xilas etmək istəyib. Sevgililər Günündə Sergey 3 milyon rubla (58 min manatdan çox) avtomobil alıb. Maşın nöqsanlı olub, ona görə də kişi əvvəlcə qərara gəlib ki, onu təmir edərək martın 8-də təqdim etsin", - məlumatda deyilir.

Lakin qadın bu hədiyyəni bəyənməyib və ondan imtina edib. Bu zaman Sergey avtomobili zibil konteynerinə yerləşdirib.

Maşın artıq 12 gündür ki, zibil konteynerindədir və yerli sakinlər onunla şəkil çəkdirirlər.

Rusiya Ekoloji Operatorunun (REO) Mətbuat Xidmətindən verilən məlumata görə, "Porsche" markalı avtomobili bərk məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerə atan Sergeyi 5 min rubla qədər (təxminən 100 manat - red.) cərimə gözləyir.

Bunu onunla izah ediblər ki, avtomobil sahibi konteyner meydançasında icazəsiz olaraq arzuolunmaz əmlak yerləşdirməklə tullantıların idarə olunması qaydalarını pozub.

Qeyd edilib ki, avtomobillər bərk məişət tullantıları kateqoriyasına aid edilə bilməz, hansı ki onlar üçün adi həyətlərdə zibil qabları və ya bunkerlər nəzərdə tutulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.