Ölkə

Ölümündən sonra donor olmaq istəyən neçə nəfər var?

24 Fevral 2025 18:15
Baxış: 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son iki il ərzində ölümündən sonra donor olmaq istəyənlərin sayı təxminən 100-ə qədər olub.

Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bu gün Səhiyyə Nazirliyində keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, bununla bağlı təbliğat aparılır.

"Könüllü olaraq hər kəs müraciət edə bilər. Bu yaxınlarda bizə bir tələbə müraciət etmişdi. Bu zaman biz çox sevindik ki, bu cür düşünən gənclər var", - deyə o əlavə edib.

Yeganə Abbasova qeyd edib ki, özü də daxil olmaqla bütün Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin işçiləri könüllü olaraq orqan donorluğu üçün müraciət ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.