Ölkə

Qarlı və şaxtalı hava şəraiti davam edir

24 Fevral 2025 10:55
Baxış: 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 24-ü saat 10:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir.

Ən çox qar harada qeydə alınıb?

Milli.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 82, Lerikdə 71, Qaxda (Sarıbaş) 50, Şəkidə (Kişçay) 40, Neftçalada 31, Lənkəranda 29, Yardımlıda 28, Qrızda 23, Balakən, Laçın və Qəbələdə 22, Daşkəsəndə 21, Kəlbəcər, Şahbuz və Astarada 20, Xaltan və Gədəbəydə 19, İsmayıllı, Naxçıvan və Biləsuvarda 16, Oğuz, Zərdab və Göygöldə 13, Xınalıq, Şuşada 12, Cəlilabad və Ağsuda 11, Qobustanda 10, əksər rayonlarda eyni zamanda Bakıda və Abşeron yarımadasında 9 sm-dir.

Rayonlarda hava necədir?

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5, Naxçıvan MR-da 14, dağlıq rayonlarda 16, yüksək dağlıq ərazilərdə 23 dərəcəyədək şaxta qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.