Ölkə

Xəzərdə kapitanın səhhətində problem yarandı, xəstəxanaya çatdırıldı - FOTOlar

20 Fevral 2025 16:47
Baxış: 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzər dənizində xilasetmə işləri həyata keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığı Xəzər dənizində üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini davam etdirir.

Fevral ayının 19-da Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında Rusiya Federasiyası bayrağı altında üzən "POLA ANFİSA" yük gəmisinin kapitanı Zhelyazkov Andrey Stepanoviçin səhhətində ciddi problem yaranması ilə bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Sərhəd Nəzarəti Komandanlıqlarına məlumat daxil olmuşdur.

Dərhal təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi müəyyən edilmiş koordinatlar üzrə hərəkətə keçmiş və operativ şəkildə Rusiya Federasiyasının yük gəmisi olan əraziyə çatmışdır.

Peşəkar və sürətli müdaxilə nəticəsində yük gəmisinin kapitanı sərhəd gəmisinə təxliyə olunmuş, ilkin tibbi yardım göstərildikdən sonra təhlükəsiz şəraitdə Zirə Limanına çatdırılaraq tibbi yardım briqadasının müşayiəti ilə M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.