Ölkə

Metroda bu yeniliklər olacaq

20 Fevral 2025 14:50
Baxış: 2 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı metrosuna 20 yeni vaqonun alınması istiqamətində işlər aparılmalıdır.

Milli.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun Kommunikasiya departamentinin rəisi Şaban İmkani deyib.

O bildirib ki, ilin sonuna qədər hər biri 5 vaqondan ibarət 4 qatar Bakıya gətiriləcək:

"Onların yığılması prosesi Bakıda - metropolitenin elektrik deposunda tamamlanacaq. 2026-cı ildə isə 10 yeni vaqonun alınması nəzərdə tutulub. Ümumiyyətlə, Dövlət Proqramında nəzərdə tutulmuş qaydada vaqon parkının genişləndirilməsi də zəruri tələbdir. Yeni stansiyaların inşası qatarlara olan tələbatı müəyyən edir və təbiidir ki, xətlər ayrılandan sonra həm yaşıl, həm də Qırmızı xəttin öz depoları olacaq. Yəni "Dərnəgül" elektrik deposu tikilməlidir. Bu da yeni şərait deməkdir. Bənövşəyi xəttin 6 yeni stansiyasının tikilməsi isə burada da vəziyyəti tam dəyişəcək. Qatarların sayı əsaslı şəkildə artırılmalıdır. Buna görə "Xocəsən" elektrik deposunun ikinci mərhələdə inşası davam etdirilməli, təmir, qatarların gecələmə sahələri yaradılmalı, digər infrastruktur məsələlər həllini tapmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.