Türkiyənin tanınmış müğənni və aktrisası Öykü Gürman konserti zamanı duyğusal anlar yaşayıb və göz yaşlarına boğulub.
Milli.Az xəbər verir ki, Gürman konsertdən əvvəl jurnalistlərə verdiyi açıqlamada həmkarı Volkan Konakın vəfatı ilə bağlı dərin kədərini dilə gətirib.
O, bildirib ki, Volkan Konak ona uzun illər dəstək olub və ona qarşı xüsusi bir münasibət göstərib. Gürman 20 yaşında olarkən Volkan Konakın konsertinə getdiyini və eyni konservatoriyanı bitirdikləri üçün Konakın onu səhnəyə dəvət etdiyini xatırlayıb. Həmin anı çox gözləmədiyini, amma onun yanında olmaq və mahnı oxumaq imkanı tapdığını qeyd edib. Gürman konsertdə pərəstişkarlarına və orkestr yoldaşlarına hörmət əlaməti olaraq səhnəyə çıxacağını, amma bu gecənin onun karyerasındakı ən çətin anlardan biri olacağını vurğulayıb.
Konsert zamanı Öykü Gürman Volkan Konakın məşhur "Yarim Yarim" mahnısını oxuyarkən göz yaşlarını saxlaya bilməyib. Bu an həmçinin Gürman üçün emosional baxımdan çox çətin olub.
Xatırladaq ki, Volkan Konak ötən gün Şimali Kipr Türk Respublikasında konsert verdiyi zaman qəflətən pisləşən səhhəti səbəbindən xəstəxanaya aparılıb. 58 yaşlı müğənni həyatını xilas etmək mümkün olmadan dünyasını dəyişib.
Asya
Milli.Az