Ölkə

İlin əvvəlində yeni doğulan körpələrə ən çox qoyulan adlar açıqlandı

17 Fevral 2025 21:40
Baxış: 1 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda 2025-ci ilin ilk aylarında uşaqlara ən çox verilən oğlan və qız adlarının siyahısı müəyyənləşib.

Milli.Az Ədliyyə Nazirliyinin adlar üzrə statistikasına əsasən xəbər verir ki, 2025-ci il yanvarın 1-dən indiyədək 137 oğlana Uğur, 91 qıza isə Nilay adı qoyulub.

Siyahıda oğlan adlarında ikinci sırada Hüseyn (87), üçüncü sırada isə Yusif (86) yer alır.

Qız adlarında isə ikinci sırada Məryəm (87), üçüncü sırada isə Zəhra (81) qeyd edilib.

Qeyd edək ki, ötən il isə oğlan uşaqlarına ən çox Uğur (1832), qız uşaqlarına isə ən çox Zeynəb (1261) adı qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.