Ölkə

Rektorun istefa səbəbi MƏLUM OLDU

15 Fevral 2025 09:41
Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Xəzər Universitetinin rektoru İradə Xəlilovanın istefa verdiyi barədə xəbər yayılıb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, rektorun niyə istefa verdiyi məlum olub.

Universitetdən bildirilib ki, rektor yanvarın 1-də vəzifəsindən azad edilib. Onun rektorluqdan imtina etməsinin səbəbi tədqiqat işi ilə məşğul olmaq istəyi olub.

İradə Xəlilovanın hazırda universitetin nəzdində fəaliyyət göstərən Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru kimi işlədiyi qeyd olunub.

Qeyd edək ki, İradə Xəlilova biologiya elmləri üzrə fəlsəfə doktorudur. O, Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib və müxtəlif universitetlərdə çalışıb. 2014-cü ilin sentyabr ayından Xəzər Universitetində biologiya elmləri kafedrasının müdiri kimi işə başlayıb. 2015-ci ilin oktyabrında isə Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.